10 fevral 2015 17:45

Emin Ağayev: Çətin ki, azərbaycanlı futbolçular Rusiya ikinci liqasında az maaşla oynamğa razı olsun

Rusiyanın "Volqa" klubunun baş məşqçisi, Azərbaycan yığmasının sabiq müdafiəçisi Emin Ağayevin azerisport.az saytına müsahibəsi

- Sizi "Volqa"nın baş məşqçisi təyin olunmağınız münasibəti ilə təbrik edirik!
- Çox sağ olun! Mənimlə çoxdan danışıq aparırdılar. Hələ mövsümün əvvəlindən bu komandanı çalışdıra bilərdim. Amma o vaxt "Domodedovo"da çalışırdım və məni hər şey qane edirdi. Sonradan vəziyyət dəyişdi və yenidən təklif gəldi. "Volqa" mənim üçün doğma klubdur. Çünki karyeramı məhz bu klubda başa vurmuşam. Tverdə məni hər kəs tanıyır, hamı hörmət edir. Klubun təklifi məni qane etdiyi üçün qayıtmağa qərar verdim.

- Qarşınıza hansı vəzifə qoyulub?
- Bu mövsüm üçün demək olar ki, ciddi bir hədəfimiz yoxdur. Mümkün qədər üst pillələrdə qərarlaşmağa çalışacağıq. Müqaviləm ilyarımlıqdır. Ona görə də əsas hədəfimizi növbəti mövsüm üçün müəyyənləşdirəcəyik.

- Azərbaycan klublarından təklif almamışdınız?
- Düzünü desəm, heç bir təklif yox idi. Amma alsaydım, xoş olardı. Orada çalışmağın əleyhinə olmazdım.

- Azərbaycandan kimlərlə əlaqə saxlayırsınız?
- Vəli Qasımovla, Dmitri Kramarenkoyla, Elxan Həsənovla danışıram.

- Azərbaycan futbolunu izləyirsiniz?
- Kifayət qədər diqqətlə izləyirəm. Bütün hadisələrdən xəbərim var. Ötən ilin sonunda yığma komandanın baş məşqçisi dəyişdi. Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının elit mərhələsinə çıxmasından da xəbərim var.

- Bəs klub səviyyəsindəki uğurlarımız barədə nə deyə bilərsiniz?
- "Qarabağ"la "Neftçi"nin çıxışını mütəmadi izləyirdim. Düzünü desəm, ağdamlıların çıxışını daha maraqla izləyirdim. Çünki bu komanda doğrudan da böyük irəliləyişə nail olub. Qurban Qurbanov mənə yaxın adamdır. Onunla birgə oynamışıq. Hərdən imkan olanda söhbətləşirik.

- Yəqin ki, "Qarabağ"ın İtaliya "İnter"i ilə ev oyununda üzləşdiyi haqsızlığa siz də üzüldünüz?
- Şübhəsiz. Komandanın Avroliqadakı çıxışını hakim səhvinə görə dayandırması üzücü idi. Amma "Qarabağ" istənilən halda tərifə layiqdi. Onlara növbəti avrokubok mövsümündə uğurlar arzulayıram.

- Perspektivdə "Volqa"ya azərbaycanlı futbolçu dəvət etmək var?
- Çətin ki, azərbaycanlı futbolçulardan hansınısa Rusiyanın ikinci liqasındakı maaşlar qane etsin. Ölkədəki böhran klublara da təsirsiz ötüşməyib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.