10 fevral 2015 16:15
Mirbağır İsayevdən U-19 təkzibi
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Mirbağır İsayev U-19-u çalışdıracağı barədə yayılan xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Məndə belə bir məlumat yoxdur. Elə bir söhbət eşitməmişəm. Mənim öz işim var. Hazırda bütün fikrimi U-17-yə yönəltmişəm. Qarşımızda müəyyən hədəf var və bu hədəfə çatmağa çalışırıq".
