10 fevral 2015 14:00
Emin Ağayev köməkçisini seçdi
Rusiyanın "Volqa" klubunun baş məşqçisi Emin Ağayev öz köməkçisinin kimliyinə aydınlıq gətirib. Azerisport.az xəbər verir ki, millimizin sabiq müdafiəçisi əsas köməkçisi olaraq Viktor Navoçenkonu seçib.
Qeyd edək ki, Ağayev bir neçə gün öncə sözügedən komandanın baş məşqçisi təyin edilmişdi.
