10 fevral 2015 13:30

Arif Əsədov: Anarxiyaya yol verə bilməzdik

"Neftçi"nin baş məşqçisi Arif Əsədovun azerisport.az saytına müsahibəsi

- "Böyük oyun"a hazırlıq necə gedir?
- Adi qaydada hazırlaşırıq. Əlbəttə, qış fasiləsindən sonra çempionata istədiyimiz kimi start verə bilmədik. Ona görə də bu oyunda qələbə bizə çox lazımdır. "Xəzər Lənkəran" əvvəlki kimi olmasa da, gənclərin necə döyüşdüyünü görmüşük və əminəm ki, gərgin oyun olacaq.

- Amma razılaşın ki, komandanızın qələbə qazanması üçün yaxşı şans var...
- Əlbəttə, üç xal qazanmaq bizim üçün çox vacibdir. Amma mən bunun asanlıqla başa gələcəyini düşünmürəm. Buna əminəm.

- Uğursuz nəticələr adətən komandalarda daxili atmosferi korlayır. "Neftçi"də vəziyyət necədir?
- Sizinlə razıyam ki, böyük klubların uğursuzluğu pis nəticələnir. Klub ətrafında çoxsaylı söhbətlər yaranır. Amma hazırda "Neftçi"də klubdaxili heç bir problem yoxdur. Biz sadəcə, bu böhrandan necə çıxacağımız barədə düşünürük. "Barselona" kimi komandada da bu mövsüm börhan var idi. İndi isə onlarda hər şey qaydasına düşüb.

- Hər uğursuz oyundan sonra sizin istefanız gündəmə gəlir. Bu, sizi qorxutmur?
- Buna normal yanaşıram. Amma təbii ki, belə xəbərləri oxumaq xoşagəlməzdir. Belə halla üzləşən tək məşqçi mən deyiləm. "Neftçi"də ilk dəfə deyil çalışıram. Artıq kifayət qədər təcrübəm var ki, bu cür təzyiqlərə davam gətirim. İndiki vəziyyətdən də çıxacağımıza əminəm. Bu gün istefamı tələb edənlər sabah tam fərqli danışa bilərlər (gülür).

- Düşünmürsünüz ki, çempionluq artıq əldən gedib və mövsümü layiqli yerdə başa vurmağa çalışmaq lazımdır?
- Əlbəttə, xal fərqi çoxalıb. Amma qarşıda hələ çox oyun var və hər şey dəyişə bilər. Siz "Neftçi"nin baş məşqçisini "biz artıq çempion olmayacağıq" deyən təsəvvür edirsiniz?

- Ernest Nforun əvəzedici komandaya göndərilməsinə səbəb doğrudan da aranızda münaqişə olmasıdır?
- Futbolçunun əvəzedici komandaya göndərilməsi normaldır. Lakin bəzən "Neftçi"də belə hallar olanda mətbuatda çox böyük rezonansa səbəb olur. Futbolçu hər məşqə məsuliyyətli yanaşmalıdır.

- Nfor əsas heyətə nə vaxt qayıdacaq?
- Müəyyən vaxtdan sonra o, əsas komandaya qayıdacaq. Bir neçə gün öncə əvəzedici komanda ilə yoxlama oyunu keçirdik və bu futbolçu ilə də görüşdüm. O, peşəkardı və əvəzedici heyətə göndərilməsinə normal yanaşır. Mən də bunda problem görmürəm və fikrimdə dəyişiklik yoxdur. Amma biz onun bu hərəkətinə belə reaksiya verməliydik ki, digər futbolçulara da dərs olsun. Əks halda komandada anarxiya baş alıb gedərdi. Buna isə yol vermək olmaz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.