10 fevral 2015 12:15
Elbrus Məmmədov: Bakıya məğlub olmaq üçün gəlmirik
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində qarşılaşacaqları "Neftçi" ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırlıq prosesimizdə problem yoxdur. Bizi yeganə narahat edən məqam zədələrdir. Alfred Sankonun meydana çıxıb-çıxmayacağı bu gün dəqiqləşəcək. Bizi heç də asan oyun gözləmir. Qarşımıza maksimum xal toplamaq hədəfi qoymuşuq. "Neftçi" də son turlarda qələbə qazana bilmir və bizimlə görüşdə vəziyyəti yaxşılaşdırmağa çalışacaq. Biz də bu oyuna vəziyyətimizi yaxşılaşdırmaq ümidi ilə baxırıq. Bakıya məğlub olmaq üçün gəlmirik".
