10 fevral 2015 11:30
Böyükağa Hacıyev Latviyaya yollanır
Məşqçilər Şurasının üzvü, "Neftçi"nin sabiq çalışdırıcısı Böyükağa Hacıyev fevralın 12-də Latviyaya yollanır. Azerisport.az xəbər verir ki, məşqçi Pro kateqoriyasıyla bağlı bir həftə səfərdə olacaq.
Səfər zamanı "Duaqava" (Riqa) klubunun bazasında olacaq Hacıyev komandanın məşqlərində iştirak edəcək. Hacıyev fevralın 18-də Bakıya qayıdacaq.
