10 fevral 2015 11:15
Qarabağın vəkili: Sabah appelyasiya şikayəti verəcəyik
"Qarabağ"ın türkiyəli vəkili Qayə Günal UEFA-nın son qərarına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"UEFA "Qarabağ" - "İnter" oyunu ilə bağlı öz qərarını açıqladı. Orada bildirilir ki, ofsaydı müəyyənləşdirmək hakimin işidir. Onlar həmçinin hakimin görüşü vaxtından 48 saniyə öncə başa vurmasında da ciddi bir şey olmadığını deyirlər. Başa düşmürəm ki, hakimin səhv qərarlarının videoepizodlardan ən yaxşı sübutu nə ola bilər? Mənə elə gəlir ki, UEFA başqa bir oyuna baxıb. Sabah appelyasiya şikayəti verəcəyik".
