9 fevral 2015 19:15
Seyidov Xəzər Lənkəranla oyunu buraxa bilər
"Neftçi" Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində qarşılaşacağı "Xəzər Lənkəran"la oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, bakılıların heyətində cəzalı futbolçu yoxdur.
Bu oyunu yalnız Mirhüseyn Seyidov buraxa bilər. Qeyd edək ki, iki həftədir zədədən əziyyət çəkən yarımmüdafiəçi hələ tam hazır deyil.
