9 fevral 2015 17:00
Jaba: Qarabağa 1:4 hesablı məğlubiyyət normaldır
"Bakı"nın hücumçusu Jaba Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Gəlin unutmayaq ki, "Qarabağ" son Azərbaycan çempionudur. Onların heyətində Riçard Almeyda, Reynaldo kimi gözəl ifaçılar var. Təcrübəli komandadır. Bizdə isə əksinə, gənclərdən ibarət heyət var. Ona görə də 1:4 hesablı məğlubiyyətin normal olduğunu düşünürəm".
