9 fevral 2015 15:30
Neftçala bu gün vətənə dönür
Türkiyədə təlim-məşq toplanışında olan "Neftçala" bu gün toplanışı başa vuraraq vətənə dönür. Azerisport.az xəbər verir ki, Neftçala təmsilçisi axşam saatlarında Bakıda olacaq.
Baş məşqçi Kamal Quliyev yetirmələrinə 2 günlük istirahət verəcək. Ardınca komanda yenidən Bakıda bir araya gələrək ikinci dövrənin hazırlıqlarını davam etdirəcək.
