9 fevral 2015 15:00
Ansi Aqolli: Bizi AZAL-la maraqlı oyun gözləyir
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində qarşılaşacaqları AZAL-la oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi çox vacib oyun gözləyir. AZAL hazırda yaxşı formadadır. Onlara qarşı oynamaq çətin olacaq. Bu komanda qış fasiləsindən sonra "Neftçi" və "Qəbələ"yə qalib gəlib. Amma biz də pis formada deyilik. "Bakı" üzərindəki qələbədən sonra əhval-ruhiyyə daha da yaxşılaşıb. Mənə elə gəlir ki, hamı üçün maraqlı bir oyun alınacaq".
