9 fevral 2015 14:15
Vaqif Cavadov: Şadam ki, komandamın qələbəsində pay sahibi oldum
Azərbaycan yığmasının və Türkiyənin "Boluspor" klubunun hücumçusu Vaqif Cavadov PTT 1-ci liqanın 19-cu turu çərçivəsində Branimir Subaşiçli "Manisaspor"a qarşı keçirdikləri oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hələ ki, hər şey yaxşıdır. Daha çox oyun imkanı qazanmağımı gözləyirəm. Tezliklə o da olacaq. "Manisaspor"la görüşə gəlincə, çətin və vacib oyun idi. Şadam ki, çətin şəraitdə komandamın qələbə qazanmasına, 3 xal əldə etməsinə yardımçı oldum".
