9 fevral 2015 13:30
XL Bakıya bir itki ilə gəlir
"Xəzər Lənkəran" Topaz Premyer Liqasının 21-ci turunda qarşılaşacağı "Neftçi" ilə oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, Elbrus Məmmədovun komandası sabah Bakıya yola düşəcək.
Axşam saatlarında isə "ağ-yaşıllar"ın "Bakcell Arena"da son məşqi baş tutacaq.
Qeyd edək ki, hazırda cənubluların düşərgəsində bir itki var. Bu, zədədən əziyyət çəkən Alfred Sankodur.
