9 fevral 2015 00:10
Balayev oynamadı, Ayntraxt 1 xal qazandı
Almaniya Bundesliqasında 20-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı qapıçı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası səfərdə "Auqsburq"la qarşılaşıb. Oyun 2:2 hesabıyla başa çatıb. Emilin adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, Frankfurt klubu hazırda 25 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
