8 fevral 2015 20:15
Rail Məlikovsuz Dənizlispor məğlub oldu
Türkiyə PTT 1-ci liqasında 19-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Rail Məlikovun komandası - "Dənizlispor" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Bucaspor"la qarşılaşıb. Oyun həmyerlimizin komandasının 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Rail oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Dənizlispor" 17 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
