8 fevral 2015 19:55
Vaqif Cavadovun məhsuldar ötürməsi komandasına qələbə qazandırdı
Türkiyə PTT 1-ci liqasında 19-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hesabat turunda azərbaycanlı futbolçu Vaqif Cavadovun komandası - "Boluspor"la millimizin sabiq forvardı Branimir Subaşiçli "Manisaspor" üz-üzə gəlib.
"Boluspor" səfər oyununda 2:1 hesabıyla qalib gəlib. Subaşiçin adı matçın iştirak ərizəsində yer almayıb. Vaqif isə yalnız 90-cı dəqiqədə meydana buraxılıb. Amma məhz əlavə vaxtda, hesab 1:1 olarkən Vaqifin cinah ötürməsindən sonra komanda yoldaşı qələbə qoluna imza atıb.
Qeyd edək ki, "Boluspor" 26 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb, "Manisaspor" isə 17 xalla 17-cidir.
