8 fevral 2015 11:45
Quluzadənin komandası evdə uduzdu
Portuqaliya ikinci liqasında 26-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası - "Atletiko" da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası doğma meydanda "Tondela" ilə qarşılaşıb. Oyun qonaq komandanın 1:0 hesablı qələbəsiylə başa çatıb. Amit komandasının məğlubiyyətini sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Atletiko" hazırda 27 xalla 20-ci pillədə qərarlaşıb.
