8 fevral 2015 00:30
İsrafilov yenə də oynamadı
İspaniya çempionatında 22-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Qranada" da növbəti matçına çıxıb.
Sözügedən komanda "Vilyarreal"la qarşılaşıb. Oyun "Qranada"nın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Eddi qarşılaşmanın iştirakçısı olmayıb.
Qeyd edək ki, "Qranada" hazırda 18 xalla 19-cu pillədə qərarlaşıb.
