8 fevral 2015 00:20
İbrahim Şehiç: Qələbəyə layiq idik
"Qarabağ"ın qapıçısı İbrahim Şehiç Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Bakı"ya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Uzun fasilədən sonra toparlanmaq çətin idi. Amma bu oyunda hər şey bizim üçün uğurlu alındı. Mənə elə gəlir ki, biz bu qələbəyə layiq idik".
