8 fevral 2015 00:05
Muarem Muarem: UEFA-nın fərqli qərar çıxaracağına ümid etmirdim
"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem UEFA-nın Avropa Liqası ilə bağlı son qərarını şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən UEFA-nın "İnter"lə oyunumuzla bağlı fərqli qərar çıxaracağına ümid etmirdim. Elə də oldu. "Bakı" ilə oyunumuza gəlincə, matçın çətin keçəcəyini bilirdik. Yaxşı hazırlaşmışdıq və nəticədə qələbə qazandıq. Bu uğurun davamını gətirəcəyimizə ümidliyəm".
