7 fevral 2015 19:45
Cəmşid Məhərrəmov oynadı, komandası 1 xal qazandı
Türkiyə PTT 1-ci liqasında 19-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun komandası - "Adanaspor" da növbəti matçına çıxıb.
"Rəvan"ın sabiq çalışdırıcısı Güvənc Kurtarın çalışdırdığı Adana klubu səfərdə "Orduspor"un qonağı olub. Oyun qolsuz başa çatıb - 0:0. Cəmşid 38-ci dəqiqədə meydana çıxıb və sonadək mübarizə aparıb. O, 47-ci dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, "Adanaspor" 22 xalla 12-ci pillədə qərarlaşıb.
