7 fevral 2015 18:15
Vüqar Nadirov: UEFA ən azı hakimi cəzalandıra bilərdi
"Qarabağ"ın hücumçusu Vüqar Nadirov Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Bakı"ya qarşı keçirdikləri oyunu və UEFA-nın son qərarını şərh edib. Azerisport.az saytına açıqlamasında o, 4:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Etiraf edim ki, UEFA-nın bizim lehimizə hansısa qərar çıxaracağına ümid edirdim. Qurum ən azından hakimi cəzalandıra bilərdi. Amma bunu da etmədilər. Buna çox təəccübləndik. Amma UEFA-nın qərarı "Bakı" ilə oyunumuza heç bir təsir göstərmədi".
