7 fevral 2015 15:10
Əfran İsmayılov: Həkimlər Xəzər Lənkərana qarşı oynamamağımı məsləhət gördülər
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Əfran İsmayılov Topaz Premyer Liqasının 20-ci turunda "Xəzər Lənkəran"a qarşı oynaya bilməməsindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Xəzər Lənkəran"a qarşı oynamayacağam. Heç komanda ilə Lənkərana da getməmişəm. Artıq zədəm sağalıb. Amma həkimlər hər ehtimala qarşı bu oyunu buraxmağımı məsləhət gördülər".
Qeyd edək ki, Əfran mövsümün əvvəlini "Xəzər Lənkəran"da keçirib.
