7 fevral 2015 13:30
Kamran Ağayev Beşiktaşa qarşı
Türkiyə Kubokunun 1/8 final mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası - "Kayserispor" da növbəti rəqibini tanıyıb.
Belə ki, sözügedən komanda Super Liqa təmsilçisi "Beşiktaş"la münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşma fevralın 11-də keçiriləcək.
Bir gün sonra isə millimizin sabiq hücumçusu Branimir Subaşiçin komandası - "Manisaspor" isə "Tuzlaspor"la qarşılaşacaq.
