7 fevral 2015 13:00
Rasim Ramaldanov: İnterə qarşı uğurlu oyun keçirmək istəyirik
"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanov Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi heç də asan oyun gözləmir. "İnter" güclü rəqibdir. Matçın necə keçəcəyini indidən demək çətindir. Amma biz doğma meydanda uğurlu oyun keçirmək istəyirik. Nəyin necə olacağını oyun göstərəcək. Şadam ki, bu gün keçiriləcək oyunda yenidən komandama kömək edə biləcəyəm".
