7 fevral 2015 12:45
Karlos Kardoso: Neftçidə heç bir problem yoxdur
"Neftçi"nin müdafiəçisi Karlos Kardoso Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Simurq"a qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Təəssüf ki, yaxşı oynasaq da, qələbə qazana bilmədik. Komandada problem yoxdur. Sadəcə, qələbə çatışmır. Qarşıda "Xəzər Lənkəran"la oyun var. Bu, azarkeşlər qarşısında bəraət qazanmaq üçün yaxşı fürsətdir".
