7 fevral 2015 11:30
Namiq Yusifov: Biz bu heyət ilə də çempion olmuşuq, Avroliqada uğurlu çıxış etmişik
"Qarabağ"ın yarımmüdafiəçisi Namiq Yusifov Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Bakı"ya qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Fasilədən sonrakı ilk oyunlar çox çətin olur. Həm də "Bakı" artıq bir oyun keçirməyə imkan tapıb. Rəqibimiz zəif və üstün cəhətlərini yaxşı bilir. Amma fikrimcə, biz yaxşı nəticəyə imza ata bilərik.
"Qaraabğ" niyə bu qış heç bir futbolçu almadı? Əlbəttə, keyfiyyətli futbolçunun çox olması bir o qədər yaxşıdır. Amma biz elə bu heyətlə də Azərbaycan çempionatının qalibi olmuşuq, avrokuboklarda uğurlu çıxış etmişik".
