7 fevral 2015 00:35
Rauf Əliyev: AZAL-la müqayisədə Simurqa qarşı daha yaxşı oynadıq
"Neftçi"nin hücumçusu Rauf Əliyev Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Simurq"a qarşı keçirilmiş oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan oyundan sonra bunları söyləyib:
"AZAL ilə oyundan fərqli, bu dəfə daha yaxşı təsir bağışladıq. Sadəcə, ələ düşən qol vəziyyətlərindən yaxşı yararlana bilmirik. Baş məşqçi belə qərara gəldi ki, ilk dəqiqələrdən mən yox, Nikolas Kanales oynasın. Biz hər oyuna qələbəni düşünərək çıxırıq, amma hərdən alınmır".
