6 fevral 2015 20:30
Azərbaycan millisinin rəqibi Rumıniya ilə qarşılaşacaq
AÇ-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Bolqarıstan yığması Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, İvaylo Petevin komandası toplanış çərçivəsində yoxlama görüşündə də qüvvəsini sınayacaq.
Millimizin rəqibi Rumıniya yığması ilə qarşılaşacaq. Oyun sabah - fevralın 7-də keçiriləcək.
