6 fevral 2015 20:15
Əfran İsmayılov Xəzər Lənkərana qarşı oynaya bilməyəcək
"İnter" Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı səfər oyunu öncəsi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, bank klubunun yeni transferi Əfran İsmayılov keçmiş komandasına qarşı oynamayacaq.
Əfran artıq zədəsini sağaltsa da, həkimlər hələlik, onun meydana çıxmasına icazə vermirlər. Böyük ehtimalla İsmayılov qarşıdakı iki turu da buraxmalı olacaq. Yarımmüdafiəçinin yalnız digər sabiq komandası - "Bakı" ilə oyunda meydana dönməsi gözlənilir.
Qeyd edək ki, İsmayılov "İnter"ə "Xəzər Lənkəran"dan keçmişdi.
