6 fevral 2015 16:00
Orxan Hüseynzadə Dnepr - Olimpiakos oyununda
Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb. Azerisport.az xəbər verir ki, UEFA Avropa Liqasının 1/32 final mərhələsində fevralın 19-da, Kiyev şəhərindəki NSK Olimpiyski stadionunda keçiriləcək "Dnepr" (Ukrayna) - "Olimpiakos" (Yunanıstan) qarşılaşmasının UEFA nümayəndəsi Orxan Hüseynzadə olacaq. (AFFA)
