6 fevral 2015 14:30
Elbrus Məmmədov: Yenidən İnterə qalib gəlməyə çalışacağıq
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yaxşı hazırlaşmışıq. Komandada ab-hava yaxşıdır. Qələbə üçün əlimizdən gələni edəcəyik. "İnter" güclü komandadır. Ölkədə ən yaxşı güc futbolu sərgiləyən komandadır. Bu mövsüm onları bir dəfə məğlub etmişik. Bunu yenidən təkrarlamağa çalışacağıq".
