6 fevral 2015 14:00
İbrahim Uzunca: Yenə sürpriz etməyə çalışacağıq
"Bakı"nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bacardığımızı etməyə çalışacağıq. "Qarabağ" güclü komandadır. Onlar bunu Avropa Liqasındakı çıxışıyla sübut ediblər. Bütün ölkənin fəxridir. Əvvəlki iki oyunda onlara qarşı layiqli oynamışıq. İlk dövrədə heç-heçə etmişdik. İkinci dövrədə isə uduzsaq da, layiq olmadığımız penalti təyin edilməsəydi, yenə heç-heçəyə imza ata bilərdik. Bu dəfə də sürpriz etməyə çalışacağıq".
