6 fevral 2015 13:00
İbrahim Uzunca: Qarabağla oyuna çıxacağıq
"Bakı"nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Maliyyə problemlərimizin olmasına baxmayaraq, "Qarabağ"la oyuna çıxacağıq. Çünki biz bu barədə təkcə "Bakı" klubunun üzvləri kimi yox, həm də Azərbaycan klubu olaraq düşünməliyik. Əgər meydana çıxmasaq, bu, ölkə futboluna böyük zərbə olacaq. Bizim meydana çıxmayacağımızı yazanlar da ölkə futboluna zərbə vurmaqla məşğuldurlar. Çünki bu tipli xəbərləri başqa ölkələrdə də oxuyub görürlər. Biz növbəti oyunda meydana çıxacağıq. Həyat davam edir".
