6 fevral 2015 12:45
Azərbaycan klubu belçikalı yarımmüdafiəçi ilə maraqlanır
Belçikanın "Lyers" klubunun yarımmüdafiəçisi Tomas Vils Azərbaycan çempionatında oynaya bilər. Azerisport.az xəbər verir ki, 25 yaşlı xavbeklə Azərbaycan klubu ilə yanaşı Qazaxıstan təmsilçisi də maraqlanır.
Belçika mətbuatının yaydığı xəbərə görə, onun Qazaxıstana getmək variantı daha çoxdur. Çünki "Şaxtyor" ona daha sərfəli təklif göndərib.
