6 fevral 2015 12:30

Elnur Məmmədov: Neftçi bu mövsüm çempion ola bilər

"Neftçi"nin vitse-prezidenti Elnur Məmmədovun azerisport.az saytına müsahibəsi

- Bu həftə mətbuatda baş məşqçi Arif Əsədovun mümkün istefası ilə bağlı xəbərlər yayıldı. Bu məsələ doğrudan da klubunuzda gündəm təşkil edir?
- Komandamız hazırda vacib bir oyuna hazırlaşır. Belə məsələlər həmişə qaldırılır. Amma mənim fikrimcə, bu tipli xəbərlər məşqçilər korpusundakı, komandadakı ab-havaya təsir etmək üçün ortaya atılır.

- Ernest Nforla bağlı vəziyyəti necə şərh edərdiniz?
- Onun əsas komandadan uzaqlaşmasının səbəbi məşqlərə münasibətidir. Məşqlərdə tam gücü ilə çalışmır. Üstəlik, o, klubun intizam qaydalarını pozub. Biz onunla söhbət etdik və müəyyən müddətə əvəzedici komandaya göndərdik.

- O, artıq əvəzedici heyətdə qol da vurmağa imkan tapıb...
-Görünür, yenidən məşqçilər korpusunun rəğbətini qazanmaq istəyir ki, əsas komandaya qayıtsın.

- Lider "Qarabağ"la aradakı xal fərqi böyüməkdədir. Hələ də çempionluq şansınızın qaldığına inanırsınız?
- "Qarabağ" necə çempionatın lideri oldusa, biz də mövsümü çempion kimi başa vura bilərik. Çünki qarşıda hələ çox oyun var. Əlbəttə, fərq böyükdür. Amma "Neftçi" də həmişə çempionluq uğrunda mübarizə aparan komandadır.

- Belə bir informasiya yayılıb ki, "Neftçi"nin bazası dövlətin planında olan torpaqlara düşür və buna görə oranı tərk etməli olacaqsınız. Bu xəbər nə dərəcədə doğrudur?
- Bizə bununla bağlı heç bir rəsmi sənəd gəlməyib. Bunu ancaq jurnalistlər deyirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.