6 fevral 2015 11:45
Hindistanlıların Nikolay Adam sevinci
Hindistan Futbol Federasiyasının baş katibi Kuşal Das Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Nikolay Adamın onların U-17 komandasını çalışdırmağa razılıq verməsinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Şadıq ki, o, bizimlə olacaq. O, gözəl tovsiyyələrlə gələcək. Biz Adamın təcrübəsinə ümid edirik. Əminik ki, o, 2017-ci ildə Hindistanda keçiriləcək dünya çempionatı üçün əla bir komanda formalaşdıracaq".
