Qəbələ AZAL-a uduzdu, Neftçi Simurqla heç-heçəyə razılaşdı
Bu gün Topaz Premyer Liqasında 20-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, “Sumqayıt”ın istirahət edəcəyi turun ilk oyun günündə 2 görüş baş tutub.
Turun açılış oyununda "Qəbələ" doğma meydanda AZAL-la qarşılaşıb. "Təyyarəçilər" hətta azlıqda qalmasına rəğmən, son dəqiqələrdə vurduğu qolla çətin səfərdən qələbə ilə qayıdıb.
İlk oyun gününün digər görüşündə isə "Neftçi" və "Simurq" üz-üzə gəlib. Bu görüşdə tərəflərin bütün cəhdlərinə baxmayaraq, qalib müəyyənləşməyib.
Topaz Premyer Liqası
20-ci tur
6 fevral
“Qəbələ” - AZAL - 0:1 (0:0)
Qol: R.Abdullayev, 90+3-pen (0:1).
Qırmızı vərəqə: V.İqbekoyi, 78.
Qəbələ şəhər stadionu.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov (k), 18. Ruslan Fomin, 19. Aleksey Qay, 27. Bəxtiyar Soltanov, 32. Mixail Sivakov, 34. Urfan Abbasov, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 7. Ruslan Əmircanov, 9. Viktor Mendi, 16. Ruslan Tağızadə, 25. Adrian Ropotan, 90. Ekiqo Ehiosun.
Baş məşqçi: Roman Qriqorçuk.
AZAL: 16. Stanislav Namaşko, 4. Laşa Kasradze, 18. Orxan Lalayev, 21. Novruz Məmmədov, 3. Xuan Fransisko, 8. Seymur Əsədov, 17. Viktor İqbekoyi, 23. Aleksandr Şemonayev, 25. Valeri Kutsenko, 27. Rəşad Abdullayev (k), 20. Freddi Mombonqo.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Kərim Diniyev, 13. Şəhriyar Rəhimov, 15. Oskar Klava, 10. Nicat Qurbanov, 7. Təmkin Xəlilzadə, 22. Eltun Yaqublu.
Baş məşqçi: Tərlan Əhmədov.
“Neftçi” - “Simurq” - 0:0 (0:0)
Bakı. “Bakcell Arena”.
“Neftçi”: 1. Aqil Məmmədov, 2. Karlos Kardozo, 3. Denis Silva, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 27. Məqsəd İsayev.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 8. Elşən Abdullayev, 16. Əziz Quliyev, 18. Kaue da Silva, 21. Samir Məsimov, 22. Rauf Əliyev, 95. Elvin Bədəlov.
Baş məşqçi: Arif Əsədov.
“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Xuan Alberto Alvarado, 6. Samir Zərgərov, 7. Elnur Abdullayev, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 8. Patrik Osiako, 9. Mirzağa Hüseynpur, 14. Vüqar Mustafayev, 15. Stepan Polyak, 22. Cihan Özkara.
Baş məşqçi: Georgi Çixradze.
Turun digər oyunları sabah keçiriləcək: 16:00. “Qarabağ” – “Bakı”, 17:00. “Xəzər Lənkəran” - “İnter”.
| 1 | Qarabağ | 16 | 10 | 4 | 2 | 29-17 | 34 |
| 2 | İnter | 17 | 7 | 9 | 1 | 26-7 | 30 |
| 3 | Neftçi | 17 | 7 | 6 | 4 | 20-14 | 27 |
| 4 | Simurq | 18 | 7 | 4 | 7 | 27-22 | 25 |
| 5 | AZAL | 17 | 6 | 5 | 6 | 21-26 | 23 |
| 6 | Qəbələ | 18 | 5 | 7 | 6 | 21-25 | 22 |
| 7 | Xəzər Lənkəran | 17 | 5 | 5 | 7 | 22-22 | 20 |
| 8 | Sumqayıt | 17 | 4 | 4 | 9 | 19-27 | 16 |
| 9 | Bakı | 17 | 2 | 4 | 11 | 13-38 | 10 |
| 10 | Araz Naxçıvan | 0 | 0 | 0 | 0 | 0-0 | 0 |
Bombardirlər:
9 - Nurlan Novruzov ("Bakı").
8 - Mikel Alvaro (“İnter”).
7 - Məhəmməd Qurbanov (“Sumqayıt”), Draqan Çeran ("Simurq"), Rəşad Eyubov ("Simurq").
6 - Franko Nildo ("İnter"), Cavid Hüseynov ("Qəbələ").
5 - Leroy Corc ("Qarabağ"), Dodo ("Qəbələ").
