6 fevral 2015 00:10

"Bunun sayəsində bütün qarşılaşmalarda qalib gələ bilərik"

Bu gün Topaz Premyer Liqasında növbəti oyununa çıxacaq “Qəbələ” AZAL-ı qəbul edəcək. Azerisport.az xəbər verir ki, 2015-ci ilin ilk ev matçından 2 gün əvvəl komandanın düşərgəsində əlamətdar hadisə yaşanıb.

Belə ki, gənc futbolçu Elvin Camalov 20 yaşını qeyd edib. Maraqlıdır ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan yubilyar əsas komandada 20 matç keçirib. Bu gün 21-ci dəfə “qırmızı-qara” forma geymək imkanı olan Camalov akademiyanın yetirmələri arasında əsas komandada ən çox oyun keçirən Müşfiq Teymurovun rekordunu təkrarlaya bilər.

“Dayaq yarımmüdafiəçisi olsam da, hər oyunda qol vurmaq istəyim böyük olur. Akademiyanın yetirməsiyəm və klubda qol hesabımı açmaq istəyirəm. Qol vursam, karyeramın ən gözəl günlərindən biri olacaq. Bunun ad günümdən iki gün sonraya təsadüf etməsi isə ikiqat sevindirici olar. Əsas komandada daha çox oyun keçirmək istəyirəm. Təbii ki, rekordçu olmaq sevindiricidir. Amma mən bu rəqəmin daha böyük olmasını istəyirəm. Oynadığım hər qarşılaşmaya məsuliyyətlə yanaşıram. Gənc olduğumdan tapşırıqların üzərində daha çox çalışıb, özümü yaxşı tərəfdən göstərmək istəyirəm”.

Camalov AZAL-la görüşdə qalib gəlib, azarkeşlərini növbəti 3 xalla sevindirmək istədiklərini bildirib. Yarımmüdafiəçi qalib gəlməyin sirrini də açıqlayıb: “AZAL-la qarşılaşmada isə ilk dəqiqələrdən öz oyun sistemimizi ortaya qoymağa çalışacağıq. Bu qarşılaşma bizim 2015-ci ildə ilk ev oyunumuzdur. Əlimizdən gələni edəcəyik ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirib, qələbə ilə azarkeşlərimizi sevindirək. Cari mövsümdə AZAL-a qalib gələ bilməmişik. İlk dövrədə uduzduğumuz qarşılaşmada “18-liy”ə düşsəm də meydana çıxmamışdım. İkinci dövrədəki oyunu isə 4 sarı vərəqə üzündən buraxmışdım. Bu dəfə onlara qarşı oynamaq imkanı qazansam, komandamızın qələbə qazanması üçün bütün bacarığımı ortaya qoyacağam. Qarşılaşmaya bütün oyunlarda olduğu kimi, çox ciddi şəkildə hazırlaşırıq. Artıq bütün fikrimizi də bu matça yönəltmişik. Rəqibi də təhlil etmişik. AZAL-ın hər oyunçusu, hər mövqeyi üzrə müsbət və mənfi cəhətləri bilirik. Matça köklənib, xarakter göstərməli və əzmkar oyunla qələbə qazanmalıyıq. Bu görüşdə 3 xal qazanmaq üçün ilk növbədə də köklənmək və xarakter lazımdır. Biz də meydana çıxıb, ən yaxşı oyunumuzu göstərməklə, qalib gəlmək istəyirik. Bunun sayəsində bütün qarşılaşmalarda qalib gələ bilərik”.

Qeyd edək ki, “Qəbələ” – AZAL matçı saat 14:00-da başlayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.