6 fevral 2015 00:05

Topaz Premyer Liqasında 20-ci tur həyacanı

Bu gün və sabah Topaz Premyer Liqasında 20-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, “Sumqayıt”ın istirahət edəcəyi turun iki matçı Bakıda, ikisi paytaxtdan kənarda baş tutacaq.

Turun açılış oyununda "Qəbələ" doğma meydanda AZAL-la qarşılaşacaq. Paytaxt klubu son 3 qarşılaşmada rəqibinə məğlub olmayıb. Bakılıların “Qəbələ” ilə son 4 qarşılaşmasında meydan sahibi olan komanda qalib gəlməyib. Tərəflərin geridə qalan 20 oyununda "Qəbələ"nin 5, "təyyarəçilər"in 8 qələbəsi var. Daha 7 qarşılaşmada isə heç-heçə qeydə alınıb. Top fərqi də paytaxt klubunun xeyrinədir - 31:19. Bu mövsüm baş tutan oyunlara gəlincə, ilk dövrədə Qəbələdə keçirilən oyunda AZAL 2:1 hesabıyla üstün olmuşdu, Bakıdakı görüşdə isə 3:3 hesablı heç-heçə qeydə alınmışdı. Qış fasiləsindən sonra qələbə qazanan tərəflərin öz aralarındakı oyundan necə ayrılacağı maraqla gözlənilir.

İlk oyun gününün digər görüşündə isə "Neftçi" və "Simurq" üz-üzə gələcək. Zaqatala klubu son 15 oyunda yalnız 1 dəfə “Neftçi”ni məğlub edə bilib. “Neftçi” ardıcıl 7 ev oyununda meydanı qolsuz və xalsız tərk etməyib. Bakıdakı son 3 qarşılaşmada isə meydan sahibləri qalib gəlib. Əvvəlki 22 oyundan 14-də "ağ-qaralar" qalib gəldiyi halda, cəmi 2 görüşdə "Simurq" üstün olub. 6 qarşılaşmada da tərəflər 1 xalla kifayətləniblər. Top fərqi də flaqmanın xeyrinədir - 31:9. Qış fasiləsindən sonrakı ilk oyununda məğlub olan Arif Əsədovun komandası bu dəfə mütləq qələbə qazanmağa çalışacaq. Belə olan halda bakılılar 3-cü pillədədəki mövqeyini qorumuş olacaq. Bu baxımdan heç-heçə də "Neftçi"yə sərf edə bilər. Amma "Simurq" qələbə qazanacağı halda rəqibini turnir cədvəlində qabaqlayacaq.

İkinci oyun günündə öncə "Qarabağ" "Bakı" ilə münasibətlərinə aydınlıq gətirəcək. Qış fasiləsindən sonra ilk oyununa çıxacaq Ağdam klubu ötən tur uduzmuş bakılıları məğlub etməyə çalışacaq. “Qarabağ” ardıcıl 4 oyundur paytaxtın eyniadlı təmsilçisinə məğlub olmur. “Bakı” son 5 səfər matçında qalib gələ bilməyib. Ağdamlılar son 5 ildə öz meydanındakı 10 qarşılaşmanı qol vurmadan tərk etməyib. Bütövlükdə ağdamlıların əvvəlki oyunlarda 18 qələbəsi var. Daha 15 oyunda heç-heçə qeydə alındığı halda, eyni sayda da "Bakı"nın qələbəsi var. 49-cu duel öncəsi top fərqi də "Qarabağ"ın xeyrinədir - 64:52. Bu mövsüm baş tutan iki oyundan birincisi 2:2 hesabıyla bitmişdisə, Ağdam klubu səfərdə 4:2 hesablı qələbəyə imza atmışdı.

Turun qapanış matçında isə “Xəzər Lənkəran” “İnter”i qəbul edəcək. Cənub təmsilçisi bu rəqibi ilə son 9 matçda yalnız 1 dəfə “İnter”ə qalib gəlib. Rəqiblərin son 5 görüşündə meydan sahibləri uduzmayıb. Əvvəlki 30 görüşün daha çoxu (15 oyun) heç-heçə bitib. "Ağ-yaşıllar" 5, "bankçılar" 10 dəfə 3 xalı bayram ediblər. Top fərqi də paytaxt klubunun xeyrinədir - 33:26. Bu mövsüm baş tutan görüşlərə gəlincə, "Xəzər Lənkəran" öz meydanında 1:0, "İnter" də Bakıda 3:1 hesabıyla üstün olub. Heyətini xeyli gəncləşdirən cənub təmsilçisi bu görüşdə elə də şanslı sayılmır. Baxmayaraq ki, Elbrus Məmmədovun rəhbərliyi altındakı ilk oyununda "Simurq"a uduzan "Xəzər Lənkəran" doğma meydan amilindən maksimum yararlanıb sürprizə imza ata bilər. Çempionluq uğrunda mübarizə aparan "İnter" isə səfərdə oynamasına baxmayaraq, ötən turdakı xal itkisini unutdurmağa çalışacaq.

Topaz Premyer Liqası
20-ci tur

6 fevral

14:00. “Qəbələ” - AZAL
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Qəbələ şəhər stadionu.

16:00. “Neftçi” - “Simurq”
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. “Bakcell Arena”.

7 fevral (şənbə)

16:00. “Qarabağ” – “Bakı”
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

17:00. “Xəzər Lənkəran” - “İnter”
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Kərim Ağayev.
“Xəzər Lənkəran” mərkəzi stadionu.
 

1Qarabağ16104229-1734
2İnter1779126-730
3Neftçi1675420-1426
4Simurq1773727-2224
5Qəbələ1757521-2422
6Xəzər Lənkəran1755722-2220
7AZAL1655620-2620
8Sumqayıt1744919-2716
9Bakı17241113-3810
10Araz Naxçıvan00000-00

Bombardirlər:
9
- Nurlan Novruzov ("Bakı").
8 - Mikel Alvaro (“İnter”).
7 - Məhəmməd Qurbanov (“Sumqayıt”), Draqan Çeran ("Simurq"), Rəşad Eyubov ("Simurq").
6 - Franko Nildo ("İnter"), Cavid Hüseynov ("Qəbələ").
5 - Leroy Corc ("Qarabağ"), Dodo ("Qəbələ").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.