5 fevral 2015 21:45
UEFA Qarabağın şikayətini qəbul etmədi
Bu gün UEFA Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin son matçında İtaliya "İnter"inə qarşı keçirdiyi oyunda baş verən hakim səhvlərinə hüquqi qiymət verib. Azerisport.az xəbər verir ki, görüşün son dəqiqələrində meydan sahibləri qol vursa da, hakim oyundankənar vəziyyət qeydə almaqla nəticəyə təsir edən səhvə yol vermişdi.
Təəssüf ki, bir müddət öncə başa çatan iclasda "Qarabağ"ın şikayəti qəbul olunmayıb. UEFA-nın qərarına görə, matçın nəticəsi dəyişməz qalacaq, görüşü idarə edən baş hakim Miroslav Zelinka və onun köməkçiləri isə heç bir cəza almayacaq.
Qeyd edək ki, "Qarabağ"ın üzləşdiyi bu hakim haqsızlığı səbəbindən Ağdam klubunu Avropa Liqasının pley-off mərhələsində Ukraynanın "Dnepr" klubu əvəzləyib.
