5 fevral 2015 19:00
Cem Fələk Aberdinin qalib gəlməsinə kömək etdi
Şotlandiyada 20 yaşadək futbolçulardan ibarət komandalar arasına təşkil olunmuş çempionatın 8-ci turundan təxirə salınmış oyun keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın U-19 yığmasının üzvü Cem Fələkin komandası - "Aberdin" də növbəti matçına çıxıb.
Sözügedən komanda "Kilmarnok"la görüşdə 3:1 hesablı qələbəyə sevinib. Cem 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, hazırda futbolçumuzun komandası 43 xalla 2-ci pillədə qərarlaşıb.
