5 fevral 2015 17:00
Millimizin yoxlama oyununun vaxtı dəyişdirilib
19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının “Bakı” Futbol Klubunun Təlim-Məşq Bazasında Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə fevralın 8-də keçirəcəyi yoxlama oyununun vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma, əvvəlcədən xəbər verildiyi kimi, saat 17:30-da deyil, saat 15:30-da başlayacaq.
