5 fevral 2015 15:45
Qarabağ hazırlıqlarını davam etdirir
Premyer Liqanın 20-ci turunda "Bakı"nı qəbul edəcək "Qarabağ" məşqlərini Azərbaycan İdman Akademiyasının futbol meydançasında keçir. Azerisport.az xəbər verir ki, bu günə komandanın bir məşqi nəzərdə tutulub.
Məşqlər demək olar ki, tam heyətlə baş tutur. Sadəcə, Braziliyada olan Çumbinyo kollektivdən ayrıdır.
Qeyd edək ki, bu oyun fevralın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 16:00-da başlayacaq. (klub saytı)
