5 fevral 2015 15:00

Vaqif Sadıqov: Hamımızın bir hədəfi var - AÇ-2020!

AFFA-nın məşqçilər şurasının rəhbəri Vaqif Sadıqovun azerisport.az saytına müsahibəsi

- Gənclərdən ibarət yığmamızın AÇ-2017-nin seçmə mərhələsindəki rəqibləri müəyyənləşdi? Millinin düşdüyü qrupla bağlı nə deyə bilərsiniz?
- Bu gün Avropada zəif komanda yoxdur. Fikrimcə, istənilən halda döyüşkən komanda formalaşdırıb, qarşıya qoyulan hədəfə çatmaq lazımdır. Hamımız yaxşı nəticə gözləyəcəyik. Həm də U-21 əsas millimizin ehtiyatıdır. İndi orta yaş həddi 27-28 olan komandalar daha yaxşı nəticələrə imza atırlar. Bu o deməkdir ki, AÇ-2020-nin oyunlarında iştirak edəcək Azərbaycan yığmasının əsasını məhz indiki gənclər millimizin üzvləri təşkil edəcəklər. Ümidlərimiz böyükdür.

- Rəqiblər baxımından bəxtimizin gətirdiyini demək olar?
- Kimin bəxtinin gətirdiyi barədə düşünmək lazım deyil. Bu rəqiblərin hamısı ilə seçmə mərhələlərdə üz-üzə gəlmişik. İlk növbədə əvvəlkilərdən də yaxşı nəticələr qazanmaq barədə düşünməliyik.

- Qarşıdakı tsikli U-21-in baş məşqçisi Yaşar Vahabzadə üçün ilk ciddi sınaq saymaq olar?
- Mən belə deməzdim. O, bundan öncə də gənclərdən ibarət yığmada çalışırdı. Əgər biz hər şeyi bu komandadan gözləsək, onda heç nəyə nail ola bilmərik. Biz yalnız o halda uğura nail ola bilərik ki, birləşək, hər kəs öz vəzifəsinin öhdəsindən layiqincə gəlsin. Artıq güclü oyunçularımız, çempionatımız var. Hamımızın da hazırda bir hədəfi var - AÇ-2020.

- U-21-in sabiq üzvü Şamil Qurbanovun Ermənistanın "Uliss" klubuna baxışa yollanmasını necə qarşıladınız?
- Mənə elə gəlir ki, buna bizim heç şərh verməyimiz də lazım deyil. Bu gün öz ölkəsini, yığmasını sevənlərin hamısı bizim yanımızdadır.

- U-19-un baş məşqçisi Nikolay Adama Hindistandan gələn təkliflə bağlı nə deyə bilərsiniz?
- Biz hələ buna diqqət ayırmamışıq. Əsas məsələ qarşıdakı AÇ-nin elit mərhələ oyunlarına yaxşı hazırlaşmaqdır. O, Azərbaycana yenicə qayıdıb və biz onunla görüşmüşük.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.