5 fevral 2015 14:15
Vaqif Sadıqov: Şamil Qurbanovun Ermənistan klubuna keçidini müzakirə etməyə dəyməz
AFFA-nın məşqçilər şurasının sədri Vaqif Sadıqov gənclərdən ibarət yığmamızın sabiq üzvü Şamil Qurbanovun Ermənistanın "Uliss" klubuna transfer olunmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənə elə gəlir ki, bunu heç müzakirə etməyimizə dəyməz. Bu gün öz ölkəsini və yığma komandasını sevənlər bizim yanımızdadırlar".
