5 fevral 2015 13:45
Neftçala Türkiyə klubuna da qalib gəldi
Türkiyədə təlim-məşq toplanışında olan "Neftçala" növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, 1-ci divizion təmsilçisi qardaş ölkənin "Manavqatspor" klubu ilə qarşılaşıb.
Oyun Azərbaycan klubunun 5:0 hesablı qələbəsiylə başa çatıb.
Qeyd edək ki, "Neftçala" Antalya toplanışı zamanı keçirdiyi ilk yoxlama görüşündə Almaniyanın "Viktoriya" klubuna 2:1 hesabıyla qalib gəlmişdi.
