5 fevral 2015 13:30
Georgi Çixradze: Yubiley oyunumda qələbə qazanmağımız əla olardı
"Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində qarşılaşacaqları "Neftçi" ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırlıq normal gedir. Uşaqların hamısı sıradadır. Bizi maraqlı oyun gözləyir. Bu oyunun nəticəsi bizim üçün çox vacibdir. "Neftçi" ilə oyunun mənim üçün 100-cü qarşılaşma olacağını bilirəm. Amma bu barədə düşünmürəm. Əsas qələbə qazanmağımızdır, yubiley isə ondan sonra gəlir. Bizim də hədəfimiz var. Hər oyunda artırmağımız və xal qazanmağımız lazımdır. Çox istərdim ki, yubiley oyunumdan qələbə ilə ayrılaq".
