5 fevral 2015 12:30
Nazim Süleymanov ad gününü Bakıda və Şimali Osetiyada qeyd edəcək
Fevralın 17-də Azərbaycan yığmasının sabiq hücumçusu Nazim Süleymanovun 50 yaşı tamam olacaq. Azerisport.az xəbər verir ki, son illərdə məşqçi kimi fəaliyyət göstərən mütəxəssisin yubileyi həm Bakıda, həm də Şimali Osetiyada qeyd olunacaq.
Buna səbəb Süleymanovun karyerasının ən yaxşı illərini məhz Vladiqafqaz "Alaniya"sında keçirməsidir.
"Dostlarım sağ olsunlar ki, məni unutmayıblar. Yaxın günlərdə mənim futbolçu karyerama həsr olunmuş kitab işıq üzü görəcək. Bir müddət öncə Şimali Osetiyada oldum. Xeyli görüş keçirdim. Tezliklə "Neftçi" və "Alaniya"nın veteranları arasında görüş də baş tutacaq. Amma dəqiq tarix hələ müəyyənləşməyib".
