4 fevral 2015 19:20
Ufuk Budak oynamadı, klubu kubokla vidalaşdı
Türkiyə kubokunda qrup mərhələsinin son turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budağın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Qaziantepspor"u qəbul edib. Oyun futbolçumuzun komandasının 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Millimizin üzvünün adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Qaziantep BB" 1 xalla qrup mərhələsini sonuncu pillədə başa vurub.
